Bakının Nəsimi rayonu ərazisində yerləşən çay evlərinin birində quldurluq hadisəsi baş verib. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verib.
Nəsimi RPİ 19-cu PB-yə Q.Seyidzadə küçəsində yerləşən çay evlərinin birində Bakı şəhər sakini A.Məmmədovun 420 manatının quldurluq yolu ilə oğurlanması barədə ərizə daxil olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini Hüseyn Teymurov tutulub.
Nəsimi rayon polis idarəsində araşdırma aparılır.