Bakıda azyaşlı uşaq bağlı qapı arxasında qalıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti 22 dekabr tarixində məlumat yayıb.
Paytaxtın Sabunçu rayonunda 1 nəfər azyaşlı uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.
Qapının açılması nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.