Aprelin 26-da Bakının Nəsimi rayonunda 8 yaşlı uşaq intihar edib. Bu haqda Bakuplus.az bu gün, 27 aprel tarixində məlumat verir.
N.Şahbazov küçəsində yerləşən mənzildə İran İslam Respublikasının vətəndaşı 8 yaşlı N.R. özünü turnikdən asıb. Anası uşağı xəstəxanaya çatdırıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin araşdırmalara görə, məktəblinin sinif yoldaşı ilə problemləri olub.
Uşağın anası bildirib ki, hadisədən əvvəl oğlu sinif yoldaşından incidiyini şikayət edib. Bundan sonra uşaq mənzildəki oyun otağına gedib. Bir müddət sonra otağa daxil olan anası oğlunun özünü asdığını görüb.
Faktla bağlı araşdırma aparılır.