Ötən gecə Bakıda evdə kişi meyiti aşkar olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Sabunçu rayonunda FHN-nin əməkdaşları mənzildə 75 yaşlı İsrail İsmayılovun meyitini aşkar ediblər. O, mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açaraq onu çıxarıb.
İsrail İsmayılovun meyiti aidiyyəti üzrə təhvil verilib.