Bakıda mağazadan 11 min manatlıq oğurluq edilib. Bu haqda BakuPlus.az Yenipress.az-a istinadən bu gün, 16 aprel tarixində xəbər verir.
Aprelin 14-ü saat 6 radələrində Metronun Memar Əcəmi stansiyası yaxınlığında mağazadan 11 min manat oğurlanıb.
Satıcı oğurluğun Sənan adlı 15 yaşlı Bərdə sakini tərəfindən törədildiyini bildirib:
“Oğurluq müşahidə kameralarına düşüb. O, mağazadan 11 min manatı oğurladıqdan sonra ərazidən uzaqlaşıb. Atasının Emin adlı şəxs olduğunu öyrənmişik. Hadisə ilə bağlı polisə məlumat verilib”.
Araşdırmalar davam edir.