Bakıda “BakuBus” avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 19 mart tarixində xəbər verir.
Paytaxtın Nəsimi rayonu, 28 May küçəsi ilə Puşkin küçəsinin kəsişməsində “BakuBus”-ın avtobusu ilə “KİA Sportage” markalı minik avtomobili toqquşub.
Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.