3 noyabr tarixində Bakıda bir nəfər su quyusuna düşüb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
Hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri su quyusunda köməksiz qalan şəxsi xilas edə biliblər.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş dərinliyi təqribən 25 m olan quyuya düşüb.
Xilas olunan şəxs aidiyyəti üzrə təhvil verilib.