Bakıda dələduzluqla üzləşdiyini bildirən 23 yaşlı gənc polisə müraciət edib. Bu haqda BakuPlus.az Qafqazinfo-ya istinadən bu gün, 4 avqust tarixində xəbər verir.
Yasamal Rayon Polis İdarəsinə müraciət edən Baloğlan Həbibzadə bu ilin iyununda Ağacabədi rayon sakini, 27 yaşlı Vüsal Aslanovun onu aldadaraq külli miqdarda pulunu aldığını bildirib.
B.Həbibzadə qeyd edib ki, həmin şəxs onun 20 000 ABŞ dollar (34 000 manat) pulunu mənimsəyib.
Müraciət əsasında araşdırmalara başlanılıb.