Bakı şəhəri, Nəsimi rayonunda 23 noyabr səhər saatlarında dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yanğın olub. Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Ümumi sahəsi 67 kv.m olan mənzilin mətbəxində paltaryuyan maşın yanıb. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Yanğın söndürülüb, evin qalan hissəsi alovdan mühafizə olunub. Xəsarət alan olmayıb.
Daha öncə, 12 noyabr tarixində Yasamal rayonunda çoxmərtəbəli binanın 13-cü mərtəbəsində mənzilin mətbəxində 6 kv.m sahədə əşyalar yanıb.