Nəsimi rayonunda avtomobil yanıb. Bu haqda 17 iyun tarixində BAKU.WS məlumat verib.
Cavanşir Körpüsünün üzərində 99 PV 721 dövlət qeydiyyat nişanlı “Mersedes” markalı avtomobil qəfil alışıb və yanmağa başlayıb.
Hadisə yerinə FHN-in Yanğınsöndürmə komandası cəlb olunub. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisənin təfərrüatları araşdırılır.