Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində piyada səkisi zəbt olunub. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az xəbər verir.
Ərazidə çoxmərtəbəli binanın inşasına görə səki tamamilə hasarlanıb. Bu səbəbdən piyadalar avtomobil yoluna çıxmağa məcbur olurlar.
Bundan əlavə, ərazidəki ağacların bir hissəsi budanıb, digərlərinin isə dibi asfaltlanıb.
[URIS id=42871]