Paytaxtın Sabunçu rayonunda yanğın baş verib. Bu haqda bu gün, 14 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ümumi sahəsi 120 kv.m olan birmərtəbəli evin tavanı 20 kv.m sahədə yanıb. Eləcə də otaqda olan kreslo kül olub.
Evin qalan hissəsinə ziyan dəyməyib. Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb.