Evdən oğurluq etmiş şəxs saxlanılıb. Hadisə paytaxtın Sabunçu rayon ərazisində baş verib. Bu haqda BakuPlus Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün xəbər verir.
14 dekabr tarixində rayon ərazisindəki evlərin birindən 1210 manat pul oğurluğu ilə bağlı Sabunçu RPİ 15-ci PB əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirmişlər.
Tədbirlər nəticəsində adıçəkilən oğurluqda şübhəli bilinən Bakı şəhər sakini X.Abdalov müəyyən edilərək saxlanılmışdır.