Sabunçu rayonunda oğurluq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 9 noyabr tarixində Report məlumat yayıb.
Paytaxt sakini M.Əliyev, rayon ərazisində yerləşən 2 ev və 1 həyətyanı sahədən ümumilikdə 4070 manat dəyərində təmir-tikinti alətləri, məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma davam edir.
Bundan əvvəl, 5 noyabr tarixində Binəqədi rayonunda yerləşəm obyektlərdən birindən oğurluq edən şəxs saxlanılmışdır.