Paytaxtın Nəsimi rayonu, Bakıxanov küçəsində eyni gündə iki oxşar avtoqəza baş verib. Bu haqda bu gün, 24 dekabr tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
23 dekabr saat 08:00 radələrində Bakı şəhər sakini Ü.Mahmudov “KİA” markalı avtomobillə həmyerlisi Ş.Rəsulovanı vurub.
Saat 13:00 radələrində isə eyni küçədə paytaxt sakini S.Məmmədlini “Opel” markalı avtomobillə O.Cumayev vurub.
Sürücülər saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.