Bakıda gənc motosikletçi qəzaya uğrayaraq xəsarət alıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 2 aprel tarixində xəbər verir.
Paytaxtın Nəsimi rayonunda 20 yaşlı Rauf Əliyev idarə etdiyi motosikletlə yol kənarındakı maneəyə çırpılıb.
Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan sürücüyə sol körpücük sümüyünün yer dəyişmış sınığı diaqnozu qoyulub.
Fakt araşdırılır.