Bakıda xanım sürücünün avtomobilini vuraraq qaçıblar. Bu haqda BakuPlus.az Avtosfer.az-a istinadən bu gün, 31 mart tarixində xəbər verir.
Paytaxtın 4-cü mikrorayon dairəsinin yaxınlığında ötmə qaydasını pozan 90-TH-407 qeydiyyat nişanlı “GMC” markalı avtomobilin sürücüsü xanım sürücünün idarə etdiyi avtomobili vuraraq hadisə yerindən yayınıb.
Qəza nəticəsində avtomobilə maddi ziyan dəyib.
Xanım baş verən hadisə ilə bağlı DİN-in 102 qaynar xəttinə müraciət etdiyini bildirib.