Paytaxtın Binəqədi rayonunda yerləşən həbsxanaya narkotik keçirmək istəyiblər. Bu haqda bu gün, 31 mart tarixində Bakupuls.az Penitensiar Xidmətə istinadən xəbər verir.
11 saylı cəzaçəkmə müəssisəsində oğurluq və soyğunçuluq üstündə məhkum olunmuş şəxsin yanına görüşə gələn qohumu ona sovqat gətirib. Sovqata baxış zamanı orada olan şalvarın balağına gizlədilmiş 0,01 qram heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.