Azərbaycan Azad İstehlakçılar Birliyinin rəhbəri, tanınmış hüquq müdafiəçisi Eyyub Hüseynov sahibsiz itlərin hücumuna məruz qalıb. Bu haqda bu gün, 26 dekabr tarixində Caliber.az məlumat verib.
Hüseynovun sözlərinə görə, gecə saatlarında ona məxsus “Kia Sportage” markalı avtomobil itlərin hücumuna məruz qalıb.
“Avtmobilə 950 manat dəyərində ziyan dəyib. Nəsimi Rayon Polis İdarəsinin 22-ci şöbəsinə müraciət etdim, orada müəyyən olundu ki, avtomobili sahibsiz itlər [mühərrikdə gizlənən pişiyi qovaraq] xarab edib”, - deyə Eyyub Hüseynov bildirib.
[caption id="attachment_84649" align="alignnone" width="640"]
Foto Caliber.az saytı[/caption]