Paytaxtın Nəsimi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 23 noyabr tarixində Report məlumat yayıb.
Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində iki avtomobil toqquşub. Nəqliyyat vasitələrdən biri səkiyə çıxaraq qadını vurub.
Piyada hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.