Paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 30 iyun tarixində xəbər verir.
4-cü mikrorayon dairəsində 22 yaşlı Əli Həsənov və 20 yaşlı Pəri Qənbərova yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onları avtomobil vurub.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.