Gəncə sakinləri paytaxtda axtarılırlar.
Lent.az xəbər verir ki, Gülüstan qəsəbəsi sakini Dilbər Abbasova polisə müraciət edərək sentyabrın 8-də oğullarının itkin düşdüyünü bildirib.
16 yaşlı Namaz Abbasov və 14 yaşlı İlqar Abbasov yaşadığı ünvanı tərk edərək Bakıya gedərkən itkin düşüblər.
Faktla bağlı araşdırma aparılır.