Ötən gün Bakıda bir nəfər intihara cəhd edib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Paytaxtın Nəsimi rayonunda bir nəfər çoxmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istəyib.
Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.