Nəsimi rayonunda itkin düşən kişinin asılmış meyiti tapılıb. Bu haqda 8 fevral tarixində Oxu.az məlumat verib.
Abbas Səhhət küçəsində yerləşən binanın damında asılmış 51 yaşlı Rauf Xubanovun meyiti aşkar edilib.
O, yanvarın 31-dən itkin düşmüş kimi qeydiyyata alınmışdır. Onun intihar etdiyi ehtimal olunur. İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı cinayət işi açılıb.