Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar xidməti birgə əməliyyat keçirib, 1,6 kq narkotik maddə götürülüb.
Bakuplus.az Penitensiar xidmətinə istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbiri nəticəsində Cahid Novruzova məxsus ümumi çəkisi 1 kiloqram 630 qram narkotik maddə olan heroin Xəzər rayonu, Qala qəsəbəsində aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.