Bakının Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi ərazisində küçənin ortasında kişi döyülüb. Bu haqda bu gün, 6 avqust tarixində Oxu.az məlumat verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, hadisə avqustun 2-də gecə saatlarında baş verib. Döyülən kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Sahib Xəlilli saxlanılaraq istintaqa cəlb olunub.