Paytaxtın Nəsimi rayonu, 3-cü Alatava küçəsində baş vermiş quldurluğun təfərrüatları məlum olub. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Reporta istinadən məlumat verir.
Namir Əhmədov, qonşusu 28 yaşlı Əli Əlizadə tərəfindən bıçaqla hədələnərək pulları oğurlanıb.
Məlum olub ki, Ə.Əlizadə zərərçəkənin sağ dizindən xəsarət yetirərək, 2,80 manat pulunu götürüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Bundan əvvəl, 24 yanvar tarixində N.Əhmədovun qonşusu tərəfindən bıçaqlandığı barədə məlumat yayılmışdır.