Bakıda toya gedən koronavirus xəstəsi saxlanılıb. Bu haqda Report Daxili İşlər Naziriliyinin mətbuat xidmətinə istinadən 13 noyabr tarixində məlumat yayıb.
Hadisə Suraxanı rayonunda qeydə alınıb. Samir İsmixanovun Bülbülə qəsəbəsində yerləşən şadlıq evlərindən birində təşkil edilən toy mərasimində iştirak etməsinin qarşısı alınıb. O, tibbi prosedurlar gözlənilməklə, yaşadığı ünvana geri qaytarılıb.
S.İsmixanov barəsində Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.