Bakı şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 6 dekabr tarixində Oxu.az məlumat yayıb.
Zabrat-Kürdəxanı yolunda hərəkətdə olan “VAZ-2106” markalı avtomobili idarə edən Əfqan Babayev yolu keçən 40-45 yaşlarında qadını vurub. Piyada aldığı xəsarətdən yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam edir.