Paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən avtoqəza baş verib. Bu haqda bu gün, 13 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Mercedes” və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində 25 yaşlı Turxan Nəsirli və daha bir nəfər yerində vəfat ediblər. Onların meyitləri nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub və cəsədlər minik avtomobillərindən çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər.