Bakıda paytaxt sakinini döyən şəxslər tutulub. Bu haqda Report 16 fevral tarixində xəbər verib.
15 fevral tarixində Bakı şəhər sakini Cinayət məcəlləsinə əsasən məhkum edilmiş B.Zeynalovun 2 nəfər tərəfindən döyülməsi və Ədliyyə Nazirliyi tərəfindən ayağına taxılmış elektron bilərziyi alaraq qaytarması müqabilində pul tələb etməkdə şübhəli bilinən Şamaxı rayon sakinləri İ.Qaçayev və əvvəllər də soyğunçuluq və quldurluğa görə məhkum olunmuş S.Məmmədov müəyyən edilərək saxlanılıblar.
Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.