Bakının Sabunçu rayonunda 67 nömrəli tam orta məktəbin şagirdi yaşadığı evdə ölüb. Bu haqda bu gün, 28 dekabr tarixində 1News məktəbin Facebook səhifəsinə istinadən məlumat verib.
Məlumata əsasən, 10 “D” sinifində oxuyan Xanım Mirzəli dəm qazından zəhərlənərək dünyasını dəyişib. Qeyd olunur ki, hadisə dekabrın 26-da baş vermişdir.
Məktəb rəhbərliyi mərhum məktəbli qızın ailəsinə və yaxınlarına başsağlığı verib.