Bir neçə gün əvvəl Bakıda boğazından əməliyyat edilən qız vəfat edib.
Qafqazinfo xəbər verir ki, 15 sentyabr tarixində Lənkəranın Separadi kənd sakini 9 yaşlı Sevinc Elman qızı Əzimzadə Bakıda yerləşən 2 saylı Uşaq Xəstəxanasında boğaz nahiyəsindən cərrahi əməliyyat olunub. Bir gün sonra isə evə buraxılıb.
Sentyabrın 25-i saat 09.00 radələrində azyaşlı qanaxma səbəbi ilə rayon Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Lakin az sonra o vəfat edib.
Faktla bağlı araşdırma aparılır.