Bakının Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən “smart saat” oğurlanıb. Hadisə müşahidə kamerasına düşüb. Bu haqda Oxu.az Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə istinadən bu gün, 24 yanvar tarixində məlumat yayıb.
Naməlum şəxs Bülbül prospekti, 38A ünvanında yerləşən mağazaya müştəri kimi daxil olaraq, satıcının diqqətinin yayındırılmasından istifadə edərək 200 manatlıq smart saatı götürərək mağazadan çıxıb.
Faktla bağlı araşdırma aparılır.