26 noyabr tarixində Suraxanı rayonunda marketə saxta əsginas verən şəxs saxlanılıb.
Report-a istinadən oktyabrın 28-də Hövsan qəsəbəsində marketə 2 ədəd 50 və 3 ədəd 100 manatlıq saxta əsginas verilib. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Şahverdiyev saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.