Paytaxtın 2 rayonunda döyülmə faktı qeydə alınıb. Bu haqda bu gün, 19 noyabr tarixində APA məlumat yayıb.
Suraxanı rayonu Hövsan qəsəbəsində 72 yaşlı Ulduzə Şükürova müxətlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
O, nəvəsi tərəfindən döyüldüyünü bildirib.
Sabunçu rayonunda isə “Komsomol dairəsi” adlanan ərazidə 28 yaşlı Tahir Hüseynzadə naməlum şəxslə dava edib.
O, burun sümüyünün sınığı diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.