Bakıda avtomobili qarət edən 2 nəfər saxlanılıb. Bu haqda 3 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Yanvarın 20-də Nəsimi rayonunda Ş.Abdullayevə məxsus avtomobildən 500 manat dəyərində mobil telefon və gödəkcə oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş şəxslər - Şirvan şəhər sakini R.Həsənov və Salyan rayon sakini A.Bağırov saxlanılıblar.
Faktla bağlı araşdırma davam edir.