Bakıda oğurluqla məşğul olan şəxs saxlanılıb. Bu haqda 29 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Səbail rayonunda iyulun 27-də Q.Cavadovun, içərisində pul, 2 ədəd mobil telefon və sənəd olan çantası oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Beyləqan rayon sakini N.Paşayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.