Bakıda evlərdən oğurluq edən şəxs saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 30 iyul tarixində xəbər verir.
Xəzər rayonunda evlərin biridən 250 manat pul, 2000 manat dəyərində qızıl-zinət əşyaları, bir həyətdən isə 400 manat dəyərində inşaat materialları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X.Mehdiyev saxlanılıb.
Araşdırma aparılır.