Səhər saatlarında Bakıda yol qəzası baş verib. Hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Bu haqda BakuPlus Oxu.az-a istinadən 26 yanvar tarixində xəbər verir.
Rayonun Mirzəağa Əliyev küçəsində 77-DT-670 dövlət nömrə nişanlı “Toyota Prius”la 99-CF-150 dövlət nömrə nişanlı “Opel Astra”nın toqquşması nəticəsində avtomobillərə ziyan dəyib.
Qəzada xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.