Paytaxtın Nəsimi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasının üzlüyü sakinlər üçün təhlükə yaradıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Həmin binanın xarici divarına bərkidilən şüşədən ibarət üzlüyün bir hissəsi yerindən qoparaq asılı vəziyyətdə qalıb. Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Görülən tədbirlər nəticəsində divarın üzlüyü çıxarılaraq, təhlükə aradan qaldırılıb.