Bakıda yerüstü piyada keçidinin pəncərələri oğurlanıb. Bu haqda 13 noyabr tarixində Report xəbər verib.
Hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.
Hövsan qəsəbəsi ərazisindəki yerüstü piyada keçidinin pəncərələrini və çərçivə dayaqlarını oğurlamaqda, həmçinin rayon ərazisindəki bir evdən 2560 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən R.Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, axtarış zamanı tutulan şəxsdən heroin aşkar edilib.