Bakıda mağazada ölümlə nəticələnən partlayış baş verib. Hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Bu haqda Baku.WS 19 noyabr tarixində xəbər verib.
Bakıxanov qəsəbəsi Sakit Qocayev 97 ünvanında elektrik malları mağazasında baş vermiş partlayışda bir nəfər həyatını itirib.
Həmçinin, həmin ərazidə yaşayan sosial şəbəkə istifadəçilərinin məlumatına əsasən, həyatını itirən şəxs kondisioner ustası olub. Onun qaz balonunun partlaması nəticəsində vəfat etdiyi ehtimal olunur.
Partlayış səsinin Suraxanı rayonunda da eşidildiyi deyilir.