Bakıda yaşayış binasında yaranan təhlükəli hal aradan qaldırılıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 11 may tarixində xəbər verir.
Paytaxtın Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsinin eyvanında 2 ədəd peyk anteni asılı vəziyyətdə qalıb. Hadisə yerinə FHN əməkdaşları cəlb edilib.
Xilasedicilər antenaları müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.