Gecə saatlarında Bakıda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Bu haqda APA 21 dekabr tarixində xəbər verib.
“Lexus” markalı avtomobil yolu keçən 34 yaşlı Şirxan Nəcəfovu vurub. Piyada hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.