Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Bu haqda Report 22 dekabr tarixində xəbər verib.
Avtomobil metronun “20 Yanvar” stansiyasının yaxınlığında yolu keçən 44 yaşlı Vuqar Oruclunu vurduqdan sonra hadisə yerindən yayınıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları araşdırılır.