Sabunçu rayonunda yol qəzası zamanı gənc oğlan ölüb. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 30 iyul tarixində xəbər verir.
Böyükşor gölünün yaxınlığında 24 yaşlı Xaliq Feyruzlu yolu piyadalar üçün müəyyən edilən zolaqdan keçərkən onu “Toyota Prius” markalı avtomobil vurub.
Piyada yerindəcə dünyasını dəyişib.
Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.
Meyit müayinə olunması üçün morqa təhvil verilib.