Bakıda 28 aprel tarixində piyadanı vuran sürücü tapılaraq saxlanılıb. Bu haqda bu gün, 9 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Nəsimi RPİ-nin 21-ci bölməsinə naməlum avtomobilin Bakı şəhər sakini Y.Xələfovun idarə etdiyi “Volkswagen” markalı avtomobilə çırpılması barədə məlumat daxil olub. Nəticədə sürücünün avtomobildə olan qızı xəsarət alıb. Xəstəxanada ona ilkin tibbi yardım göstərilib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Renault” markalı avtomobil tərəfindən törədildiyi müəyyən edilib, hadisəni törətmiş şəxs, əvvəllər məhkum olunmuş Masallı rayon sakini Fədakar Mürşüdov tutulub.
Faktla bağlı araşdırma davam etdirilir.