Sabunçu rayonunda qadın qohumunun qəbrini təhqir etdiyinə görə həbs edilib. Bu haqda 5 yanvar tarixində Oxu.az xəbər verib.
Zabrat qəsəbəsi, İstixana kombinatının yaxınlığındakı qəbiristanlıqda Kəmalə adlı xanım 2007-ci ildə vəfat etmiş qaynının qəbri üzərində təhqiramiz sözlər yazıb. O, məzar daşının ön və arxa hissəsinə qırmızı rəngli markerlə qaynı arvadı və baldızı haqqında əxlaqsız ifadələr olan mətnlər yazıb.
Məlum olub ki, qaynı öləndən sonra onun ailəsi ilə torpaq bölgüsü üzərində mübahisəsi yaranıb və torpaq bölgüsünün hüquqi yolla həll etmək istəyi nəticə verməyib. Məzar daşının üzərində təhqiramiz sözlər yazmaqla Kamalə bu hərəkətlə acığını çıxıb.
Kəmalə saxlanılıb və Cinayət Məcəlləsinin “Qəbir üzərində təhqiredici hərəkət” maddəsi ilə təqsirli bilinib. O, məhkəmənin hökmü ilə 9 ay müddətinə azadlıqdan məhrum edilib.