Bakıda tikinti şirkəti 35.000 manat dəyərində ağacları kəsib. Hadisə paytaxtın Nəsimi rayonunda baş verib. Bu haqda BakuPlus Report-a istinadən 22 yanvar tarixində xəbər verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədovun sözlərinə əsasən, Azadlıq prospekti ilə Şamil Əzizbəyov küçəsinin kəsişməsində “Yeni Ailə” MMC tərəfindən təbiətə 34.860 manat məbləğində ziyan vurulub.
Qurum rəsmisi bildirib ki, kəsilən ağacların məbləği cinayət tərkibi yaratdığından, toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.